تبليغاتX
Aşıq
 

CD1 - Aşıq Kamandar - Məsim və Diləfrüz dastanı

CD2 - Aşıq Kamandar - Telli Həsən dastanı

http://rapidshare.com/files/98084817/Ashiq_Kamandar_Borchali__-_Telli_Hesen_dastani.part1.rar

http://rapidshare.com/files/98088134/Ashiq_Kamandar_Borchali__-_Telli_Hesen_dastani.part2.rar

http://rapidshare.com/files/98091474/Ashiq_Kamandar_Borchali__-_Telli_Hesen_dastani.part3.rar

http://rapidshare.com/files/98094375/Ashiq_Kamandar_Borchali__-_Telli_Hesen_dastani.part4.rar

http://rapidshare.com/files/98097120/Ashiq_Kamandar_Borchali__-_Telli_Hesen_dastani.part5.rar

http://rapidshare.com/files/98099695/Ashiq_Kamandar_Borchali__-_Telli_Hesen_dastani.part6.rar

+ نوشته شده در  سه شنبه ششم فروردین 1387ساعت 10:32  توسط Hüseyn seyfi  | 

01.Yanig Keremi


02.Naxchivani


03.Ruhani


04.Shemkiri


05.Bolu muxemmesi


06.Misri


07.Divani

+ نوشته شده در  سه شنبه ششم فروردین 1387ساعت 9:41  توسط Hüseyn seyfi  | 

KİMDƏN ÖYRƏNDİN

Sevgilim, sən maral kimi


Gəzməyi kimdən öyrəndin


Ay qabağa cığa teli


Düzməyi kimdən öyrəndin

Tez yuxudan oyanmağı


Al qumaşa boyanmağı

,
Gərdən çəkib dayanmağı

,
Süzməyi kimdən öyrəndin

Mən sevirəm Zərnişanı

,
Onda var gülün nişanı

.
Sağ əlinlə bənövşəni


Üzməyi kimdən öyrəndin

Kəklik kimi qayalarda

,
Ceyran kimi səhralarda

,
Sona kimi dəryalarda


Üzməyi kimdən öyrəndin

Bulud almasın ay üzün

,
Hüseyn sazla deyir sözün

.
Xumar-xumar ala gözün


Süzməyi kimdən öyrəndin


 

+ نوشته شده در  یکشنبه هجدهم آذر 1386ساعت 20:5  توسط Hüseyn seyfi  | 

AŞIQ HÜSEYN SARACLI

Onun dastan dünyası haradasa əjdahaya qalib gələn Məlikməmməd var. haradasa Qara Keşişin fitnə fəsadında yanan Kərəm var. haradasa bəylərin, xanların, paşaların zülmünə dözməyib, Çənlibelə çəkilən Koroğlu var. Qırat var, Dürat var. haradasa, ağ qoç, qara qoç var. haradasa «Ana, mən Qəribəm, Qərib» deyən var. haradasa Dədə Ələsgər, Tavar saz, bulqurlu saz var. haradasa, Qurbani, Tufarqanlı Abbas, Şəmşir, Əmrah, Xındı Məmməd, Kamandar sevgisi, yanğısı var. Və haradasa, haradasa Hüseyn Saraçlı dünyası, Hüseyn Saraçlı dərinliyi var. Hüseyn Saraçlı ləngəri, məhəbbəti var. haradasa «Müxəmməs», «Dilqəmi», «Baş divani», «Zarıncı», «Cığalı təcnis», «Şeşəngi», «Balsayad», «Yurd yeri», «Sürütmə Koroğlu», «Gözəlləmə», «Yanıq Kərəmi», «Ovşarı», «Göyçə Gözəlləməsi», «Mansırı», «Borçalı gözəlləməsi», «Sarı tel», «Orta sarı tel», «Paşa köçdü», «İrəvan çuxuru», «Sallama Kərəmi», «Başxanım», «Çuxur oba», «İstanbul bozuğun» iniltisi, hayqırtısı, nərəsi, sevgisi, oba yurd həsrəti, qələbəsi var.

Hüseyn Saraçlı öz el-obasının, vətəninin halal çörəyini yemiş, duzunu dadmış, suyunu içmiş, əzəli-əbədi dünyadan sıza-sıza süzülüb gələn, ağır salqarlı aşıq sənətinin «Ləl- cəvahiratı» ilə qidalanmışdır.

Onun dastan dünyası gah dumanlı-çiskinli Çənlibelə qalxar, oradan Cənan dağına gələr. Gah da ki, Ələsgər aləminə, Ələsgər dünyasına çəkilər. Paşalar, xanlar dünyasını odlara qalayar, yandırar, yaxar, daşı-daş üstə qoymaz. Sevər-sevdirər. Misri qılıncı şaqqıldadır:

Hanı mənim qoç Koroğlum,

Gələ girə bu meydana.

Çəkəndə Misri qılıncı,

Baş bir yana, leş bir yana...

deyib, bığını burar, Koroğlu kimi nərə çəkərdi. Onun şirin el ləhcəsiylə söylədiyi qaravəllilər, söyləmələr, dastan yanğısı, bulğurlu sazda çaldığı «Mansırı», «Dilqəmi», «Urfanı», «Sürütmə Koroğlu», «Yanıq Kərəmi», «Baş sarı tel». «Müxəmməs» adamın iliyinə, sümüyünə, qanına işlərdi. Oxuduğu sözlər, çaldığı havacatlar ürəklərdə sevgi, məhəbbət, dosta sədaqət, düşmənə nifrət, Vətənə, elə-obaya hörmət, ağbirçəklərə, ağsaqqallara ehtiram aşılayardı. Onun bənzərsiz istedadı, axar çaya oxşar, öz yatağına sığmazdı. Kükrəyər, aşar-daşar, kövrələr, ağlayar, güldürərdi. Əyrini-düzü, mərdi-namərdi tanıdardı. ...Hüseyin Saraçlı ki, meydanda nər oğlu, nər kimi gərdiş edər, qurşaq tutar, at oynadardı. Koroğlusayağı qalın eşmə bığlarına tumar çəkər. Buxara papağını, gümüşü qayış kəmərini nizamlardı. Sazı köynəyindən çıxarar, qırğı kimi ortada hərlənərdi. Məclis cana gələrdi.

Ayə, a bala, bir bəri çıx görək, Koroğlu olursan, yoxsa Kürdoğlu-deyə şəyirdini toy məclisinin ortasına çağırardı. Bu da böyük ustadın özünə məxsus ustadlığıydı. Şəyirdi basılmağa, utanmağa qoymazdı.
Şəyird tez saz əlində meydana çıxar, baş əyərək deyərdi:

Ustad, elə boy-buxunda da, sözdə də, sənətdə də Koroğluluq sizə yaraşır. Mən nə çarəyəm ki, siz olan yerdə Koroğlu oluram.

Ustad şəyirdinin sözlərindən şad-xürrəm olar. Məclisdə qoç Koroğlu kimi Koroğluluq edərdi. Başqa bir məçlisdə:

Ərzurumun gədiyinə varanda,

Onda gördum burum-burum qar gəlir...

oxuyar, Kərəm kimi «aman Lələ» deyərək, alışar, yanardı. Bu yanmasıyla məclisi də yandırar, sonu olmayan məhəbbətin, Qara keşişlərin güdazına gedən oğulların ahu-naləsini öz ağrısı-acısı bilərdi.

Pirani ustad öz əliylə yığdığı söz çır-çırpısının, qol budağının, budama-budama odununun sənət ocağında qızınar, öz yığıb seçdiyini, çözəm-çözəm etdiyi dastanları ürəyində isidərdi. Ecazkar sənətin dağlarında çaldığı külüngün ulu səsi-sarı simlərin ulu səsi əriş-əriş hər tərəfə yayılardı. Sənət dağlarından qopan çalpanaqlar-sözlər, havacatlar, dastanlar mahal-mahal yayılardı. Ustad Hüseyn Saraçlıya ulu el-məhəbbəti, el sevgisi, el hörməti gətirərdi. Bu ocağın ətrafında isinən on bir şəyirdin hər biri, bir ocaq olub aləmə yayılardı. Hüseyn Saraçlının dastan dünyası, sənət-söz dünyası indi də ürəkləri ovsunlamaqdadır.

+ نوشته شده در  یکشنبه هجدهم آذر 1386ساعت 19:58  توسط Hüseyn seyfi  | 

Gülabı Xındı Məmməd oğlu

1950-ci ildə Marneuli rayonu Böyük Muğanlı kəndində anadan olmuş, kənd orta məktəbini bitirmiş, Azərbaycan Politexnik İnstitutunda oxumuşdur.

Körpə yaşlarından atası Xındı Məmməddən saz sənəti incəliklərini dərindən öyrənən Gülabı sonralar mahir solo saz ifaçısı kimi püxtələşərək Azərbaycanın ən görkəmli saz ustalarından biri kimi tanınmışdır. İlk dəfə 10 yaşlı Gulabı Tbilisi şəhəri Opera və Balet teatrında keçirilən musiqi festivalında iştirak etmiş və öz sazı ilə gürcü dinləyicilərini heyrətə salaraq, ovsunlamışdı.

Gülabı 1976-çı ildə Səməd Vurğunun 70 illiyi munasibətilə Qazaxda keçirilən gənc aşıqların yarışında 1-ci yeri tutmuş və mükafata layiq görülmüşdü. Onun sazda əvəzsiz ifaçılıq ustalığı və məlahətlə oxumağı xalq arasında sonsuz məhəbbət yaratmış, sazın nəyə qadir olduğunu özünün yaratdığı "Gülabı" ansamblında sübut etmişdir.

Mübaliğəsiz demək olar ki, Əmrah müasir saz sənətinin bünövrəsi, Ədalət dayaq-sütunu hesab edilirsə, Gülabı da onun bu gün üçün möcüzəsi, zirvəsidir. Onun Azərbaycan radiosunda tez-tez səslənən "ruhani," "fəxri", "aran gözəlləməsi" və s. havacatları xalqımızın saz sənətinə qiymətli bir töhfəsidir.

Gulabı hazırda bu böyük sənətin daha da inkişafı naminə səmərəli fəaliyyət göstərir. O, Borçalıdan uzaqlarda məşhur olan Böyük Muğanlı Kənd Mədəniyyət evi nəzdində "Saz" məktəbi yaratmışdır və həmin məktəb uğurla fəaliyyət göstərir.

+ نوشته شده در  یکشنبه هجدهم آذر 1386ساعت 19:30  توسط Hüseyn seyfi  | 

Aşıq Kamandar

Kamandar Əfəndi dünyaya gələndə artıq Borçalı mahalının bütün məntəqələrində quruculuq və yaradıcılıq işləri gedirdi. Demək olar ki, bütün təsərrüfatlar kollektivçiliyə girişib Borçalının ən ucqar duzən və dağ kəndlərində belə kolxoz quruculuğu sisteminə keçmişdi. Gələcəyin ustad aşığı 1932-ci ildə Borçalının-indiki Marneuli rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Borçalıda aşıq sənətinin əlçatmaz zirvəyə çatan vaxtı balaca Kamandar artıq Alget və Kür çayının şırıltısından simli sazın ahəngini yavaş-yavaş ayırmağa başladı. Bir müddətdən sonra Kamandar ustad aşıqlardan Sadıq, Məhəmməd Şıxlı, Şah Əmrah və b. təkidi sayəsində aşıq-ozan sənətinin sirlərinə daxil olmağa daha bir uğurlu addım atır.

Ömrünün erkən yaşlarından saz çalıb, oxumağa hədsiz maraq göstərən Kamandar Həmid oğlu Moskva (1959) görüşlərinin fəal iştirakçısı, Bakıya (1984) Azərbaycan aşıqlarının IV qurultayının Borçalıdan elçisi olmuşdur.

Kamandar Əfəndinin mahirliyi ondadır ki, o, həmişə yorulmadan öz üzərində işləmiş, aşıq sənətinin ən incə sahələrinə yaradıcı bir "tədqiqatçı" kimi yollar axtarmışdır. Böyük zəhmətdən sonra Kamandar Həmid oğlu ozan-aşıq sənətində yaradıcı aşıq-şair kimi püxtələşməyə başladı. Onun dillər əzbəri olan qoşma və gəraylıları, divani və təcnisləri və muxəmməsləri qalaq-qalaqdır. Əsrimizin 70-ci illərindən başlayaraq, Aşıq Kamandarın bu qoşma və təcnisləri Gürcüstan radiosu ilə yanaşı, Azərbaycan radio və televiziya verilişlərində də səslənməyə başladı. Onun şan-şöhrətinin coğrafi miqyası günü-gündən genişləndi.

Aşıq Kamandar bir universal el sənətkarı və şairi kimi daha da məşhurlaşdı, 1989-cu ildə Bakıdakı "Yazıçı" nəşriyyatı tərəfindən onun ilk "Borçalı laylası" adlı şerlər kitabı işıq üzü gördü.

Aşıq-el sənətinə bütün varlığı qədər bağlı olan, Azərbaycan xalqının iyirminci əsrdə görkəmli filosoflarından əslən Borçalıdan olan mudrik alimimiz Camal Mustafayev bu kitaba ön söz yazmışdır. "Kamandarın zəngin sənətində saz, səs, söz vəhdət" təşkil edir. Bu kəlam ustadın "Borçalı laylası"nı oxuyanda bir daha yəqin edirsən ki, o, Borçalı yaylaqlarının bulağından su içib bəhrələnmişdir. Bu, dağ bulağının saflığını və sağlamlığını öz şer misralarına hopdura bilmişdir. Ustad aşığın yazmış olduğu şerlərin hamısından xalq ruhu, xalq nəfəsi və ozan-aşıq sənətkarlığı duyulur.

Mərd olan düşər zəhmətə,
Namərd yetişməz ziynətə,
Çörək itirən müxənnətə,
Haqq özü "qənim" olaydı!

Şair Kamandarın şerlərinin dadlı və duzlu olması, Azərbaycan poeziyasının məğrurluğundan, dilə yatımlığından şairin xəbərdar olduğunu və "Saz-aşıq-söz" dünyamızın inkişafında Borçalı aşıq, saz-söz məktəbinin rolunu bir daha təsdiqləyir.

Regional el-oba ədəbiyyatımızın, milli musiqimizin ustad bilicisi, aşıq sənətinin korifeylərindən olan Kamandar Həmid oğlu öz sənətində bu sahələri dolğunluğu ilə birləşdirən istedad sahibidir.

Kamandar sənəti böyük bir məktəbdir, qaynayıb-coşan, tükənməz bir bulaqdır. Onun qoşmalarında qartal vüqarlı Azərbaycanımızın tarixi-ədəbi irsi, poeziyası, xalq sənəti və eləcə də ozan-aşıq xalq yaradıcılığı tərənnüm olunub,

Aşıq Kamandaram, dedim hər zaman,
Sazın hikmətini nadandı danan.
Gecələr yüxüsü gözündə yanan,
Analar laylası telli sazdadı.

İstər Gürcüstanda, Borçalıda və istərsə də Azərbaycanda və eləcə də Turkiyə və İranda Kamandar sənətinin vurğunlarının sayı-hesabı yoxdur!... Onun ölməz yaradıcılığı haqqında alimlər, sənətşunaslar, pedaqoqlar, müğənni və xanəndələr, musiqiçi və heykəltəraşlar ürək açan sözlər demişlər.

 

+ نوشته شده در  یکشنبه هجدهم آذر 1386ساعت 19:19  توسط Hüseyn seyfi  | 

Aşıq Əmrah Gülməmmədov

Əmrah Paşa oğlu Gulməmmədov 1914-cü ildə axarlı-baxarlı Borçalının Araplı (Ərəbli) kəndində dünyaya göz açmışdır. Məktəb yaşlarına çatanda atası Paşa kişidən saz çalmağı öyrənmişdir. Həddi-büluğa çatan vaxt atası onu dövrünün ən seçilib-sayılan və igid-qəhrəman nəslindən olan ustad aşıq Məsimin (Yadigarov) yanına şəyirdliyə qoyur.

Əmrah Gülməmmədov Aşıq Məsim Yadigarovun yanında nəinki qəmli və yanğılı aşıq-el havalarının mahir ifaçısına, eyni zamanda yanğılı oxuyub qoşma deməyə yiyələnir. Beləliklə, o, püxtələşdikcə aşıq sənətinin dərin məzmunlu sirlərinə daha yaxından bələd olmaqla yanaşı, həm də sənəti inkişaf etdirərək onu yüksək zirvəyə qaldırmağa cəhd edir.

Şah Əmrahın 1930-cu illərdən Borçalının ən böyük bölgələrinin konsert salonlarında səsləndirdiyi hava və mahnıları 50-ci illərdə Bakının radio dalğalarında və konsert salonlarında səslənərdi.

Onun püxtələşib ustad aşıq kimi məşhurlaşması 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı ilə bağlı olmuşdur. Ağsaqqal ustad-aşıq kimi 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, Şah aşıq Əmrah kimi isə 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayında gurultulu alqışlar altında çıxışları olmuşdur.

Ustad aşığın "şahlığı" ondadır ki, o, nəinki çalıb-oxuyur, muxtəlif qoşmalar deyir, eyni zamanda mahir saz çalmaq qabiliyyətinə görə sevilir və onlarca el aşıqları yetişdirmişdir. Əlbəttə, yetişdirdiyi aşıqların gözü həmişəyaşar dastan ustası-yaradıcı Kamandar olmuşdur. Ustad aşıqlar ağızdolusu danışardılar- Sadıqcanın tar alətindəki nailiyyətlərini Şah Əmrah sazda təkrarladı...

Aşıq Əmrah sənətkarlığının ucalığı aşıq tədqiqatçılarına məlum olan 72 saz havasını öz yaradıcılığında inkişaf etdirib təkmilləşdirərək onların sayının 81-ə çatdırmısdır. O, ilk dəfə olaraq "Yurd yeri", "Susənbəri", "Turacı" və s. qədim Borçalı havalarını çalıb-oxumuşdur. Ustad aşığın "Görmüşəm" hədifli şerini sizlərə təqdim edirik (bir parça):

Aşıq Əmrap, meylin nədi, düz danış
Tutan tutar, istər əlli, yuz danış,
Ariflərə bir qiymətli söz danış,
Təmiz qəlbin sənə bağlar görmüşəm.

Qədirbilən, xoşxasiyyət xalqımız telli sazı ilə könülləri fəth edən Aşıq Əmrah Gülməmmədova yüksək qiymət verərək, onu Koroğlu, Rustəm-Zal, Kərəm kimi şəxsiyyətlərə bənzətmişdir. Onu "Saz çalmaqda alınmaz qalaya" bənzətmiş, "ölməz ustad" və "Aşıq sənətinin mahir ustası" kimi yüksək adlara layiq görmüşlər.

Həmişəyaşar sənətkar Aşıq Əmrah saz-söz yaradıcılığına 1987-ci ildə birdəfəlik olaraq son nöqtə qoyub əbədiyyətə qovuşdu.

+ نوشته شده در  یکشنبه هجدهم آذر 1386ساعت 19:10  توسط Hüseyn seyfi  | 

Xındı Məmməd

Məmməd Gülabı oğlu Qəniyev 1896-cı ildə Borçalı nümayəndəliyinin (Marneuli rayonu) böyük Muğanlı (Qaş Muqanlı) kəndində kəndli ailəsində anadan olmuş və çətin uşaqlıq dövrü keçirmişdir. Çox gözəl, qeyri-adi məlahətli səsə malik olduğunu görən dayısı Hüseyn Qoca oğlu 1914-cü ildə onu məşhur el şairi, geniş savad dairəsinə malik olan şair Ağacanın yanına şəyirdliyə verir.

Məmməd şair Ağacanın yanında Azərbaycan, Şərq və xüsusilə islam tarixini tam mənada öyrənir, şer, sənət dünyasının sirlərinə dərindən bələd olmaqla, Nizamidən üzü bu yana Azərbaycanın yazılı və şifahi ədəbiyyatını dərindən araşdırmaqla, Qurbani, Xəstə Qasım, Ələskər və s. şair-aşıqların yaradıcılıqlarını da mənimsəyir.

Tale daha sonra Məmmədi Borçalıda o zamanlar məşhur aşıq kimi tanınan Bayazidli Məsimlə qoşalaşdırır və bu da onun nadir ifaçı kimi püxtələşməsində əvəzsiz rol oynayır. Qeyri-adi zil, məlahətli səsə malik olan Məmməd aşıqlıq sənətinə dərindən yiyələnib Borçalının ustad aşığı kimi formalaşır və sonralar Xındı Məmməd təxəllüsü ilə gözəl aşıq şerləri yazmağa başlayır, sazı-sözü ilə böyük şöhrət qazanır.

Xındı Məmməd çox gözəl dastan danışan, ifaçı sənətkar, hazırcavab, bağlama və qaravəllilərin gözəl bilicisi kimi əvəzsiz olmuşdur. Onun ifasında ana laylasının həzinliyi, Kərəm yanğısının göynərtisi, ağsaqqal müdrikliyi, bir də Koroğlu zənguləsi var idi. Tək-tək sənətkar bu 4 xüsusiyyəti özündə birləşdirə bilir. Onun ifasında "Yanıq Kərəmi", "Mənsuri"," "Yurd yeri", "Zarıncı", "Dol hicranı", "Sultanı" və s. incə, ağır havacatlarla yanaşı, "Misri", "Atüstü", "Cəngi" kimi qəhrəmanlıq havaçatları çox məharətlə və əvəzedilməz ahənglə səslənərdi. Bu qəhrəmanlıq havaçatları oxuyanda onun 1930-cu illərdə otuzluq lampaları söndürməyinin şahidləri hazırda Borçalıda yaşayırlar.

Ustadlardan dərs alan Xındı Məmməd özü sonralar geniş yaradıcılıq yoluna qədəm qoymuş və çoxlu sayda "Divani", "Təcnis", "Təxmis", "Gəraylı" "Müxəmməs" və s. üstündə qoşmalar və ustadnamələr yazmış və bununla da özü ustadlar sırasına daxil olmuşdur. Onun hazırda 200-dən çox şeri məlumdur. O, bir çox ustad aşıqların şerlərinə eyni rədiflə qabaq-raytarmalar yazmış, neçələri ilə deyişmişdir. Şair Ağacan, Şair Nəbi, Bayazidli Məsim, Təhlə Novruz və başqaları ilə şerləşmişdir. Şerlərində ustadı Aqacanı dərin minnətdarlıqla yad edir.

Onun şerlərində təbiət və insan gözəlliyi, aşıq sənətinə bağlılıq, vətənə məhəbbət tərənnüm edilməklə yanaşı islam dini mövzusu özünə məxsus xüsusiyyəti ilə büruzə verilir. Onun şerlərində islam dininin müqəddəsliyi, aliliyi çox gözəl tərənnüm edilir, islam dini tarixi-elmi baxımdan təsvir edilir.

1941-1945-ci illər İkinci dünya müharibəsində iştirak edən Xındı Məmməd cəbhəyə yola düşəndə öz telli sazını "Cənki" üstündə kökləyib divardan asmışdı.

Xındı Məmmədi azərbaycanlılarla yanaşı, başqa millətlərin nümayəndələri və xüsusilə gürcülər çox sevir və onun sənətinə yüksək qiymət verirdilər. Heç də təsadüfi deyil ki, 30-cu illərin qara yelləri əsib, sapı özümüzdən olan baltaların fitvası sayəsində pantürkist damğası ilə Tiflisin Narın qalasına (Metex qalası) salınan Xındı Məmmədi ölümün pəncəsindən məhz dustaqxana rəisi, milliyyətcə gürcü olan Ancavadze xilas etmişdi.

Xındı Məmməd neçə-neçə şəyirdlərin yetişməsində xüsusi xidmət göstərib. Aşıq Məhəmməd Sadaxlı, Aşıq Allahyar, Aşıq Ziyəddin, Aşıq Seyfi və b. onun yetirmələridir. Onun yetirmələri sırasında oğlu Gülabını xüsusi qeyd etmək lazımdır. Xındı Məmmədin səsində, nəfəsində olan güllər, xallar tam mənada Gulabının barmaqlarına keçmişdir.

Xındı Məmmədin yaratdığı şerlərin bir qismi "Yeni Marneuli", "Gürcüstan" qəzetlərində, "Çeşmə" ədəbi almanaxında, "Sazım, Sözüm" toplusunda (Yazıçı, 1978), "Azərbaycan aşıqları və el şairləri" kitabında çap edilmişdir. 1986-cı ildə onun anadan olmasının 90 illiyi Borçalıda əsl sənət bayramına çevrilmişdi.

Xındı Məmməd 1968-ci il 28 avqustda vəfat etmiş və Böyük Muğanlı kənd qəbiristanlığında dəfn edilmişdir.

+ نوشته شده در  یکشنبه هجدهم آذر 1386ساعت 19:6  توسط Hüseyn seyfi  |